Avqustun 9-da ER Parlamentinin sədr müavini Ruben Rubinyan Estoniya Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Rina Kalyurandı qəbul edib. Bu barədə Parlamentin məlumat yayıb.
Tərəflər regional hadisələrlə bağlı məsələləri müzakirə ediblər.
Ruben Rubinyan Azərbaycanın Laçın dəhlizini qanunsuz olaraq bloklaması və dərinləşən humanitar böhran nəticəsində Dağlıq Qarabağda yaranmış vəziyyəti təqdim edib. Parlamentin sədrinin müavini Dağlıq Qarabağda Azərbaycan tərəfindən etnik təmizləmənin qarşısının alınması üçün beynəlxalq tərəfdaşların aydın addımlar atmasının vacibliyini vurğulayıb.
Ruben Rubinyan səfirin xahişi ilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə də toxunub.