Avqustun 9-da ER xarici işlər naziri Ararat Mirzoyan ilə Yunanıstanın xarici işlər naziri Yorğos Gerapetritis arasında telefon danışığı olub.
Nazir Mirzoyan Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində Dağlıq Qarabağda baş verən humanitar böhranı həmkarına təqdim edərək, Aİ-yə üzv dövlətlərin aydın mesajlarının və bu istiqamətdə konkret addımların atılmasının vacibliyini qeyd edib.
Nazir Mirzoyan vurğulayıb ki, iyunun 15-dən Dağlıq Qarabağ tam blokadadadır, bunun nəticəsində yerli əhalinin ərzaq, dərman və digər ilkin tələbat malları ilə təminatı problemi xeyli pisləşib. Ararat Mirzoyan qeyd edib ki, Azərbaycan beynəlxalq humanitar hüququn bütün normalarını pozaraq, Dağlıq Qarabağa çıxışı olan yeganə beynəlxalq humanitar təşkilat olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin humanitar fəaliyyətini pozur, təcili tibbi yardıma ehtiyacı olan insanların həyatını təhlükəyə atır. Nazir Mirzoyan əlavə edib ki, müalicə üçün BQXK-nın müşayiəti ilə Dağlıq Qarabağdan Ermənistana köçürülmə ehtimalı minimal olduğu halda, Azərbaycan iyulun 29-da Dağlıq Qarabağ sakini Vaqif Xaçatryanın Azərbaycan sərhədçisi tərəfindən qaçırılması kimi hədə-qorxu əməllərini həyata keçirir.
Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral və 6 iyul tarixli qərarlarına uyğun olaraq Laçın dəhlizinin blokadasının dərhal aradan qaldırılmasının vacibliyi vurğulanıb.
Hər iki tərəf həmçinin Ermənistan və Yunanıstan arasında ikitərəfli tərəfdaşlığın daha da genişləndirilməsi istiqamətində addımlar atmağa hazır olduqlarını bildiriblər.