Böyük Britaniya hökuməti Azərbaycana mina təmizləməsi üçün əlavə 500 min funt-sterlinq ayırıb. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld tviterdə paylaşım edib.
Qeyd edilib ki, bu vəsait Azərbaycanın Minatəmizləmə Agentliyi və BMT-nin Azərbaycandakı İnkişaf Proqramı ilə tərəfdaşlıq çərçivəsində yönəldilib.
Diplomat qeyd edib ki, 2020-ci ildən Böyük Britaniya mina təhlükəsi ilə mübarizə üçün Azərbaycana təxminən 1,5 milyon funt-sterlinq yardım ayırıb.