Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə gözlənilən səfəri zamanı Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması də müzakirə olunacaq.
Bu barədə ТАСС öz diplomatik mənbələrinə istinadla məlumat yayıb.
Putin və Rəcəb Tayyib Ərdoğanın görüşü zamanı Rusiya və Türkiyə arasında ikitərəfli əlaqələr və Taxıl Sazişinin bərpası müzakirə ediləcək. Müzakirələrdə Suriya məsələsi də yer alacaq.
Qeyd edək ki, Putinin Türkiyəyə səfəri bu ay üçün gözlənilir. Səfərin dəqiq tarixi açıqlanmayıb.