Avqustun 7-də ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə İran Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian arasında telefon danışığı olub. Bu barədə ER Təhlükəsizlik Şurasının Aparatı məlumat yayıb.
Armen Qriqoryan Əli Əkbər Əhmədianini İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona dost İran xalqının rifahı naminə bu mühüm vəzifədə uğurlar arzulayıb.
Telefon danışığı zamanı həmsöhbətlər ER-İRI iqtisadi əməkdaşlığı, eləcə də gələcək əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.