ER Parlamentinin sədri Alen Simonyan bu gün Dağlıq Qarabağ Parlamentinin yeni seçilmiş sədri Davit İşxanyanla telefon danışığı aparıb. ER Parlamentinin sədri həmkarını çətin bölgədə məsul vəzifənin icrasına başlaması münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.
Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, Alen Simonyanın təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı tərəfdaşlar gələcək əməkdaşlıqla bağlı məsələləri müzakirə ediblər.