Azərbaycan Televiziyasında Ermənistan Respublikasının bütün suveren ərazisinin Azərbaycan ərazisi kimi təqdim olunduğu 35 dəqiqəlik “film” yayımlanıb.
Bu barədə ER XİN-in mətbuat katibi Ani Badalyan özünün Twitter mikrobloqunda yazıb.
“Elə görünür ki, Ermənistan xəritədən “yoxa çıxır”. Bu, aşkar təbliğatdan və qonşunun suverenliyinə ört-basdır edilməmiş təhdiddən başqa bir şey deyil.
Ermənistanın rayonları, paytaxt Yerevan və Sevan gölü azərbaycanca adları ilə göstərilir və bu, ilk dəfə deyil. Azərbaycan yalançı göstərişlərlə öz ictimaiyyətini daim anti-erməni əhval-ruhiyyəsi ilə qidalandırır. Bölgə üçün qınanmalı və qəbuledilməz olan bu davranış hamı tərəfindən qətiyyətlə rədd edilməlidir”.