ACT Alliance beynəlxalq təşkilatı Dağlıq Qarabağda Laçin dəhlizinin blokadasını dərhal aradan qaldırmağa və humanitar prinsiplərə riayət etməyə çağırır.
“Dağlıq Qarabağda artan humanitar böhran şəraitində kilsələrin birgə fəaliyyət alyansı Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yol olan Laçin dəhlizinin Azərbaycan hakimiyyəti tərəfindən bağlanmasından dərin narahatlığını ifadə edir.
Dağlıq Qarabağda yaşayan təxminən 120 min etnik erməni, o cümlədən 30 mini uşaq qida, dərman və yanacaq çatışmazlığından əziyyət çəkir.
Fevralın 25-də Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanı Laçin dəhlizi ilə hər iki istiqamətdə bütün insanların, nəqliyyat vasitələrinin və yüklərin sərbəst hərəkətini təmin etməyə məcbur edib.
ACT Alyansı Azərbaycanın öz etik öhdəliklərini və humanitar prinsiplərini pozmasından narahatdır və Azərbaycan hökumətini insan əzablarına son qoymağa çağırır.
ACT Alyansı Azərbaycan hakimiyyətini Laçin dəhlizinin blokadasını dərhal aradan qaldırmağa, beynəlxalq hüquq normalarına və Beynəlxalq Ədalət Məhkəməsinin qərarına uyğun olaraq humanitar yardımların maneəsiz çıxışına zəmanət verməyə çağırır.
ACT Alyansı həmçinin beynəlxalq ictimaiyyəti blokadaya son qoymaq və regionda ədalətli sülhün bərqərar olması üçün diplomatik həll yolları tapmaq üçün təcili işləməyə çağırır”.