Mülki Şəxslərin Müdafiəsi üzrə Cenevrə Konvensiyası insan ləyaqətini pozan alçaldıcı və təhqiredici “humanizmi” qadağan edir. Bu barədə Dağlıq Qarabağın dövlət naziri Qurgen Nersisyan öz Facebook səhifəsində yazıb.
O qeyd edib ki, Azərbaycan əvvəlki kimi, 2020-ci ildə 44 günlük müharibə günlərində, eləcə də ondan sonra Artsax xalqını fiziki cəhətdən məhv etmək, onları Artsaxdan qovmaq, qalanlarını isə zorla özünə tabe etmək planını həyata keçirir.
“Hələ 2020-ci ildə noyabrın 9-da üçtərəfli bəyanatın mətnini hazırlayarkən iştirakçı tərəflər haqlı olaraq belə qənaətə gəliblər ki, Artsax xalqının mövcudluğu, onların təhlükəsizliyi, ehtiyacları üçün zəruri və təhlükəsiz malların alınması, lazımi tibbi yardım alması, və xarici dünya ilə təhlükəsiz rabitənin təmin edilməsi yalnız Laçın dəhlizi basitəsilə Ermənistan Respublikası ilə maneəsiz əlaqə şəraitində mümkündür.
2022 dekabrın 12-dən etibarən Azərbaycan Artsaxda qəsdən humanitar böhran yaratdı, Artsaxı Ermənistanla birləşdirən yolu bağladı, bu müddət ərzində qətllər, qətllərə cəhdlər, əmlakın məhv edilməsi və zədələnməsi təşkil edildi, hərbi güc tətbiq etdi və hədələdi, eyni zamanda onun “əlindən” və təklif etdiyi şəkildə humanitar yardım almağa məcbur eidir”,-deyə o əlavə etdi ki, insanı açıq şəkildə öldürən və ya öldürməklə təhdid edən birindən yardım qəbul etməyə məcbur edilə bilməz, bu cür hadisələr yalnız kölə cəmiyyətlərinə xas idi.