Avqustun 4-də ER müdafiə naziri Suren Papikyan Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Andrea Viktorini Ermənistandakı missiyasının başa çatması münasibətilə qəbul edib.
“Mən səfirə əməkdaşlığa görə təşəkkür etdim və ona gələcək fəaliyyətində uğurlar arzuladım.
Görüş zamanı Aİ-nin müşahidə missiyasının fəaliyyəti və regional təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə olunub”, - deyə Suren Papikyanın “Facebook” səhifəsində bildirib.