Ermənistan və Azərbaycan regionda gərginliyin azaldılması ilə bağlı Rusiyan;n təkliflərini öyrənmək üçün qəbul ediblər. Bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Denis Qonçar bildirdi.
“İyulun 25-də Dağlıq Qarabağda yaradılmış son dərəcə çətin vəziyyət fonunda Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində təmaslar baş tutub. Tərəfimiz gərginliyin azaldılması üçün kompromis həll yolları təklif edib, bunu tərəflər araşdırmalıdırlar.”, - deyə o əlavə edib.
Qonçar vurğuladı ki, Rusiya tərəfi bütün istiqamətlərdə, o cümlədən regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası prosesinin başlanması, Yerevanla Bakı arasında sülh müqaviləsinin imzalanması, cəmiyyət nümayəndələri ilə ekspertlər arasında dialoqun inkişafı məsələləri daxil olmaqla fəal vasitəçilik səylərini davam etdirir.