NATO baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Laçın dəhlizi ətrafında yaranmış vəziyyətdən narahatlığını ifadə edib.
“Laçın dəhlizi ətrafında vəziyyətin pisləşməsi məni çox narahat edir. Dəhlizdə sərbəst hərəkətin təmin edilməsi və təcili humanitar ehtiyacların qarşılanması vacibdir. NATO bütün maraqlı tərəfləri Ermənistan və Azərbaycan arasında danışıqlar yolu ilə razılığa gəlmək üçün səylərini ikiqat artırmağa çağırır”, - deyə Kolominanın “Twitter” mikrobloqunda deyilir.