Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan özünün Twitter mikrobloqunda Əliyevin bəyanatına toxunub.
“Azərbaycan Prezidentinin “Müharibədə qalib gəlmək onun həyatının, siyasi həyatının missiyası idi...” bəyanatı cəzasızlığın yeni cinayətlərə necə yaşıl işıq yandırdığını əyani şəkildə göstərir.
Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağda etnik təmizləmənin qarşısını almaq üçün təcili tədbirlər görməlidir”, - Kostanyan yazıb.