Azərbaycan və Ermənistan hər hansı bir şərtlər sülh sazişi imzalamağa hazır deyillər, hələ də həllini gözləyən çətin məsələlər var. Bunu “TASS”-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirdi.
“Bakı və Yerevandan mümkün qədər tez sülhə nail olmaq öhdəliyi ilə bağlı gələn siqnallar o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdırlar. Biz hələ də bir sıra çətin mövzuların həlli yollarını tapmalıyıq”, - deyə diplomat qeyd etdi.
O vurğulayıb ki, Rusiya sülh müqaviləsinin hazırlanmasında tərəflərə fəal kömək edir. "Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanması Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli sazişlərin elementlərindən biridir", - o bildirib.