Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ratça-Leçhumi bölgəsində baş vermiş faciəvi fəlakətin qurbanlarına görə gürcü xalqına və hakimiyyət orqanlarına başsağlığı verib.
“Gürcüstanın Raça bölgəsində insan həyatına son qoyan fəlakət xəbəri məni dərindən kədərləndirdi. Bu çətin zamanda qardaş gürcü xalqına və Gürcüstan hakimiyyətinə başsağlığı verir və həlak olanların yaxınlarına səbr diləyirəm”, - Mirzoyan öz “Twitter” mikrobloqunda gürcü dilində yazıb.