Sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycan Ermənistana ərazi iddiaları irəli sürmək istəyir. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxış edərkən bildirib.
Azərbaycan prezidenti İlham Əliyev Euronew-a müsahibəsində bildirib ki, Ermənistana qarşı ərazi iddiaları yoxdur. Bununla yanaşı, əlavə edib ki, iki ölkə arasında sərhədlər müəyyən edilməyib.
"Ermənistanla Azərbaycan arasındakı sərhədlər 1991-ci il Alma-Ata bəyannaməsilə müəyyən edilib. Və bu, oktyabrın 6–da Praqada dördtərəfli görüşdə təsdiqlənib. Həmin görüşdə Alma-Ata bəyannaməsi sərhədlərin delimitasiyası üçün əsas kimi qəbul edilib", - Paşinyan deyib.
"Belə təəssürat yaranır ki, Bakı Alma-Ata bəyannaməsinin müəyyən etdiyi sərhədlərin mübahisələndirilməsi üçün boşluqlar qoyan sülh müqaviləsini imzalamaq istəyir. Delimitasiya və demarkasiya prosesində isə Ermənistana qarşı ərazi iddiaları irəli sürmək istəyir", - Paşinyan deyib.