Rusiya Norveçi Rusiyanın diplomatik və konsulluq nümayəndəliklərinə qarşı qeyri-dost hərəkətlər edən ölkələr siyahısına daxil edib. Bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Aydınlaşdırılır ki, həmin siyahıya daxil olan diplomatik nümayəndəliklər Rusiya Federasiyası ərazisində fəaliyyətlərində məhduddur.
Hazırda Moskva ABŞ, Çexiya, Yunanıstan, Danimarka, Sloveniya, Xorvatiya və Slovakiyanın diplomatik nümayəndəliklərinə də məhdudiyyətlər qoyub.