Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Twitter-də yazıb:
“Qarabağ ermənilərin humanitar vəziyyəti ilə bağlı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla mühüm telefon danışığım olub.
Mən humanitar yardımın çatdırılmasını təmin etmək üçün Aİ-nin Laçın dəhlizinin dərhal açılmasına dəstəyini bir daha təsdiqlədim.
Bakı və Qarabağ erməniləri də daxil olmaqla, xoşməramlılıq ruhunda dialoqa qayıtmaq vacibdir”.