Avropa İttifaqı Belarusa qarşı sanksiyaları genişləndirib və hərbi və texnoloji təkmilləşdirməyə töhfə verən mal və texnologiyaların ölkəyə ixracına qadağa qoyub. Bu barədə Avropa Komissiyası məlumat yayıb.
Bundan əlavə, Aİ Belarusa silah və sursatların, habelə aviasiya və kosmik sənayedə istifadə üçün nəzərdə tutulan malların ixracına qadağa qoyub.