ER Xarici işlər naziri Ararat Mirzoyan və Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell arasında telefon danışığı zamanı Dağlıq Qarabağda artan humanitar böhranı müzakirə ediblər.
ER Xarici İşlər Nazirliyinin məlumatına görə, həmsöhbətlər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Ararat Mirzoyan Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral və 6 iyul tarixli qərarlarına uyğun olaraq Laçın dəhlizinin blokadasının dərhal götürülməsinin vacibliyini, DQ-da ərzaq, dərman və digər əsas tələbat malları ilə təmin edilməsinin təcili olduğunu vurğulayıb.
Dağlıq Qarabağa çıxışı olan yeganə beynəlxalq humanitar təşkilat olan Beynəlxalq Qızıl Xaç Komitəsinin tam və fasiləsiz fəaliyyətinin təmin edilməsinin zəruriliyi vurğulanıb.
Xarici işlər naziri Dağlıq Qarabağdan müalicə məqsədilə Ermənistana gələn Vaqif Xaçatryanın Azərbaycanın DSX tərəfindən oğurlanması hadisəsini beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması adlandırıb.
Ermənistan Xarici İşlər Nazirliyinin başçısı Dağlıq Qarabağ xalqının hüquq və təhlükəsizlik məsələlərinin beynəlxalq mexanizm çərçivəsində həllinin vacibliyi ilə bağlı erməni tərəfinin mövqeyini bir daha təsdiq edib.
Azərbaycan tərəfindən Dağlıq Qarabağda etnik təmizləməyə yönəlmiş hərəkətlərin qarşısının alınması üçün beynəlxalq tərəfdaşların aydın addımlar atmasının zəruriliyi vurğulanıb.