Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Dağlıq Qarabağ sakini Vaqif Xaçatryanın Azərbaycan tərəfindən həbs edilməsinə toxunaraq, bunun vəziyyəti daha da gərginləşdirdiyini qeyd edib.
“Əvvəla, bu, vəziyyəti daha da gərginləşdirir. İkincisi, biz Ermənistan və Azərbaycan əks qiymətləndirmələrini görmüşük. Üçüncüsü, biz həm Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması kontekstində, həm də Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi kontekstində barışığın vacibliyindən çıxış edirik”, - deyə Zaxarova bildirib.