ABŞ Dövlət Departamenti “Beynəlxalq humanitar təşkilatın müşayiəti ilə müalicə üçün Ermənistana aparılan Vaqif Xaçatryanın Laçın dəhlizinin nəzarət-buraxılış məntəqəsində saxlanılmasından xəbərdardır”. Bunu “Amerikanın səsi”nin erməni xidməti sorğusuna cavab olaraq ABŞ Dövlət Departamenti bildirdi.
Dövlət Departamenti əlavə edib ki, ümumilikdə, “ABŞ Azərbaycan tərəfindən Laçın dəhlizinin humanitar və şəxsi avtomobillər üçün davamlı olaraq bağlanmasından dərin narahatdır”.
ABŞ Dövlət Departamentin bildirdi ki, humanitar hərəkatın dayandırılması humanitar vəziyyəti daha da pisləşdirir və sülh prosesinə etimadın yaradılması səylərini sarsıdır.
“Biz ardıcıl olaraq iddia edirik ki, regionda sülh Dağlıq Qarabağ əhalisinin hüquqlarının və təhlükəsizliyinin qorunmasını əhatə etməlidir”.