ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə Yerevana səfər edəcək.
Bu barədə “Azadlıq Radiosu”nun erməni bürosu ABŞ-ın Yerevandakı səfirliyinə istinadən bildirib.
Qeyd olunub ki, səfər zamanı ABŞ diplomatı ölkəsinin Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları prosesinə dəstəyini ifadə edəcək, davamlı sülhə nail olmağın ən yaxşı yollarını müzakirə edəcək.
“Birləşmiş Ştatlar ardıcıl olaraq bəyan edib ki, regionda sülhün bərqərar olması Dağlıq Qarabağ xalqının hüquq və təhlükəsizliyinin təmin edilməsini əhatə etməlidir. ABŞ Cənubi Qafqazda yaşayan xalqlara sülh və sabitlik gətirəcək istənilən prosesi dəstəkləməyə hazırdır”,- Səfirlikdən bildirilib.