Baş nazir Nikol Paşinyan “Euronews” telekanalına müsahibə verib. Bu barədə baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan öz “Facebook” səhifəsində yazıb.
O, Nikol Paşinyanın humanitar böhrandan, əsirlrin və saxlanılan şəxslərin geri qaytarılmasından, həmçinin beynəlxalq mexanizm çərçivəsində Stepanakert-Bakı dialoqunun zəruriliyindən danışdığını bildirib.
“Baş nazir müsahibəsində Laçın dəhlizinin qanunsuz bağlanmasına toxunaraq qeyd edib ki, 9 noyabr tarixli üçtərəfli bəyanatın 6-cı bəndində müəyyən edilmiş rejim bərpa olunmalıdır.
BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 22 fevral və 6 iyul tarixli qərarlara gəlincə, baş nazir bir daha qeyd etdi ki, beynəlxalq ali məhkəmənin qanuni qüvvəyə malik qərarları indiyədək Azərbaycan tərəfindən icra olunmayıb”, - deyə Nazeli Bağdasaryan yazıb.