Avqustun 1-də Azərbaycan və Dağlıq Qarabağ nümayəndələri Bratislavada görüşməli idilər, lakin 2 gün əvvəl Bakı səbəbsiz olaraq bundan imtina etdi. Bu barədə Dağlıq Qarabağ prezidenti yanında anti-böhran şurasının rəhbəri Tigran Petrosyan “Facebook”da canlı yayımda məlumat verib.
Onun sözlərinə görə, hazırda Moskva Azərbaycanın Yevlax şəhərində görüşə getməyi təklif edir. Petrosyan Vaqif Xaçatryan hadisəsindən sonra bu təklifi ələ salmaq kimi qiymətləndirir. Onun sözlərinə görə, indi ABŞ və Avropanın təkliflərini gözləyirlər, onları bir araya gətirib nə edəcəklərinə qərar verəcəklər.