İran İslam Respublikasının Ankaradakı yeni səfiri Məhəmməd Həsən Həbibullahzadə cümə axşamı günortadan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə etimadnaməsini təqdim edib.
Türkiyə Prezidenti İran İslam Respublikası ilə Türkiyə Respublikası arasında əməkdaşlığın müxtəlif sahələrinə toxunaraq, iqtisadi və ticari əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, iki ölkə arasında 30 milyard dollarlıq ticarət dövriyyəsinin reallaşdırılmasını mümkün hesab edib və ölkə rəsmilərindən ticarət maneələrinin aradan qaldırılması və bu rəqəmin reallaşması üçün səy göstərməsini istəyib.
Türkiyə Prezidenti həmçinin iki ölkə arasında terrorizm və islamafobiya ilə mübarizə, habelə İslam dünyasının birliyi sahəsində əməkdaşlığın artırılmasını istəyib.