İyulun 28-də ER-nin BMT-dəki daimi nümayəndəsi Mher Marqaryan BMT baş katibinin soyqırımın qarşısının alınması üzrə xüsusi müşaviri, baş katibin müavini Alis Vairimu Nderitu ilə görüşüb və o, Dağlıq Qarabağda davam edən blokada səbəbindən daha da ağırlaşan humanitar böhranı, əhaliyə bunun birbaşa təsirini və təhlükələrini təqdim edib.
M. Marqaryan qeyd edib ki, 2022-ci ilin dekabr ayından Azərbaycanın Dağlıq Qarabağı blokadada saxlaması və davamlı olaraq beynəlxalq humanitar iştirakdan imtina etməsi Azərbaycanın soyqırım siyasətinin niyyətini ortaya qoyur.
BMT-nin soyqırımın qarşısının alınması üzrə baş katibinə məlumat verilib ki, Ermənistandan Dağlıq Qarabağa zəruri humanitar malların daxil olmasına Azərbaycan tərəfindən əngəl törədilib.
Dağlıq Qarabağ əhalisi üçün yaradılmış ontoloji təhlükə şəraitində beynəlxalq ictimaiyyət və BMT tərəfindən erkən xəbərdarlıq mexanizmlərinin işə salınmasının vacibliyi vurğulanıb.