Dağlıq Qarabağ Müdafiə Nazirliyinin mətbuat xidməti Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatı təkzib edən bəyanat yayıb.
“İyulun 28-də Azərbaycan Müdafiə Nazirliyi növbəti yalan məlumat yayıb ki, Müdafiə Ordusunun müvafiq bölmələri iyulun 24-dən iyulun 27-dək Artsaxın hava məkanından uçan mülki təyyarələrin GPS yerləşdirmə sistemləri üçün maneələr tətbiq edib.
Azərbaycan Müdafiə Nazirliyinin reallıqla heç bir əlaqəsi olmayan bəyanatı, görünür, beynəlxalq ictimaiyyətin diqqətini Laçın dəhlizinin qanunsuz blokadası nəticəsində baş vermiş humanitar fəlakətdən yayındırmaq məqsədi daşıyır.
Xatırlatmaq lazımdır ki, 2020-ci ildə bütün hərbi əməliyyatlar zamanı və ondan sonra məhz Azərbaycan tərəfi Laçın dəhlizini bağlamaqla, qaz və elektrik təchizatı xətlərini pozmaqla, internetə və mobil rabitəyə çıxışı əngəlləməklə ardıcıl olaraq Artsax Respublikasının mülki infrastrukturunu hədəfə alıb”, - deyə qeyd edilib.