Britaniya siyasətçisi, Lordlar Palatasının üzvü Lord Deyvid Alton Beynəlxalq Qırmızı Xaç Komitəsinin Laçın dəhlizinin bağlanması ilə bağlı narahatlığını bölüşüb.
“Beynəlxalq Qırmızı Xaç Komitəsi humanitar yardımın Dağlıq Qarabağ ermənilərinə çatmamasından narahatlığını bildirir. Böyük Britaniya bu məsələni dərhal BMT Təhlükəsizlik Şurasında qaldırmalıdır”, - deyə o, “Twitter”də yazıb.
Lord Alton BQXK-nın Laçın dəhlizinin blokadası ilə bağlı son bəyanatını da öz səhifəsində paylaşıb.