Litvanın Xarici İşlər Nazirliyi bütün məsul tərəfləri Beynəlxalq Ədalət Məhkəməsinin göstərişinə uyğun olaraq Qarabağ əhalisinə zəruri humanitar yardım göstərməyə icazə verməyə və Laçın dəhlizi ilə maneəsiz hərəkəti təmin etməyə çağırır. Bu barədə Litva Respublikasının Ermənistandakı səfirliyinin “Facebook” səhifəsində deyilir.
“Biz humanitar böhranın baş verməsinə icazə verə bilmərik”, – deyə yazıda qeyd edilib.