Dünən 19 yük maşını ilə Dağlıq Qarabağa 361 ton humanitar yardım göndərilib. Dünən humanitar yardım Syunik bölgəsinin Kornidzor hissəsinə, Laçın dəhlizinin giriş hissəsinə çatıb. ER baş naziri Nikol Paşinyan iyulun 27-də hökumətin iclasının əvvəlində bunu xatırladıb və digər detalları da təqdim edib.
“Biz Dağlıq Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı qoşunlarının nümayəndələrinə müraciət etmişik ki, yükü qəbul edib, 8 aya yaxın Laçın dəhlizinin qeyri-qanuni bağlanması nəticəsində humanitar böhran yaranan Dağlıq Qarabağa daşısınlar. Azərbaycan isə humanitar yüklərin Laçın dəhlizi və Dağlıq Qarabağa daxil olmasına mane olur. Bu təcrübə anlaşılmaz və qəbuledilməzdir. Azərbaycanın Laçın dəhlizini qanunsuz olaraq bağlamasına səbəb Ermənistanın guya bu dəhlizdən hərbi məqsədlər üçün istifadə etməsi olub. Bu, təbii ki, absurd iddiadır, lakin bu iddia Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması üçün bəhanə kimi istifadə edilib”, - deyə baş nazir bildirib.
Paşinyan onu da vurğulayıb ki, qiymətləndirmələrdən asılı olmayaraq, Ermənistan tərəfi Dağlıq Qarabağda yerləşdirilən Rusiya sülhməramlı qoşunlarının və rəsmi Bakının müsbət cavabını gözləyir.
“Humanitar yüklərin daxil olmasına icazə verilməməsi Bakının Dağlıq Qarabağda soyqırım törətmək niyyəti qorxusunu təsdiqləyəcək, Laçın dəhlizinin girişində gözləyən humanitar yüklərin DQ-yə daxil olması,əksinə, bölgədə sülhün bərqərar edilməsi səylərinə töhfə verəcək, etimad mühitinin yaradılması yolunda müsbət addım olacaq”- deyə Paşinyan qeyd edib.