İyulun 26-da ER Xarici İşlər Nazirliyində ER xarici işlər nazirinin müavini Mnatsakan Safaryan Dağlıq Qarabağdakı humanitar vəziyyətlə bağlı Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb.
ER xarici işlər nazirinin müavini Azərbaycanın Laçın dəhlizini 7 aydan artıq blokadada saxlaması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhranı təqdim edib.
Mnatsakan Safaryan çıxışında qeyd edib ki, Dağlıq Qarabağın tam blokadaya alınması və humanitar yardımların, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsi ilə çatdırılmasının dayandırılması ərzaq, dərman, yanacaq və digər həyati əhəmiyyətli malların kəskin qıtlığına səbəb olub.
Ermənistan Respublikası xarici işlər nazirinin müavini Azərbaycan tərəfindən mülki infrastruktur obyektlərinin və mülki əhalinin vaxtaşırı atəşə tutulması nəticəsində kənd təsərrüfatı işlərinin pozulmasına toxunub. Vurğulanıb ki, elektrik enerjisinin və qazın tədarükünün dayandırılması sosial və səhiyyə xidmətlərinin iflic vəziyyətinə düşməsinə səbəb olub, mühasirədə olan əhalinin fundamental hüquqlarını, o cümlədən yaşamaq, sağlamlıq və təhsil hüququnu pozulub.
Mnatsakan Safaryan qeyd edib ki, Ermənistan Respublikasının baş nazirinin qərarı ilə yaradılmış Dağlıq Qarabağdakı humanitar böhran üzrə işçi qrup Dağlıq Qarabağa təxminən 360 tona yaxın zəruri humanitar yüklərin çatdırılması barədə qərar qəbul edib. İnsanların, nəqliyyat vasitələrinin və yüklərin Laçın dəhlizi ilə hər iki istiqamətdə fasiləsiz hərəkətinin təmin edilməsi ilə bağlı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral və 6 iyul tarixli hüquqi qüvvəyə malik qərarlarının yerinə yetirilməsi üçün beynəlxalq ictimaiyyətin Azərbaycana açıq-aydın mesaj verməsinin vacibliyini vurğulanıb.
İclasda Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan, ER əmək və sosial məsələlər nazirinin müavini Anna Jamakoçyan və ER səhiyyə nazirinin birinci müavini Lena Nanuşyan da iştirak ediblər. Anna Jamakoçyan Dağlıq Qarabağdakı humanitar böhranın əhalinin həssas qruplarına, xüsusən də uşaqlara, qadınlara, qocalara və əlillərə təsirinə toxunub. Lena Nanuşyan humanitar böhranın Dağlıq Qarabağın səhiyyə sisteminə ciddi təsirini təqdim edərək, dərman və tibbi ləvazimat çatışmazlığının dərinləşməsinə və Azərbaycanın ixtisaslaşmış tibbi yardıma ehtiyacı olan xəstələrin Ermənistana daşınmasına qadağa qoymasına toxunub.
Mnatsakan Safaryan və Edmon Marukyan tədbirdə iştirak edənlərin suallarını cavablandırıb və lazımi açıqlamalar veriblər.
Görüşün sonunda diplomatik nümayəndəliklərin rəhbərləri və beynəlxalq strukturların nümayəndələri XİN-in binasının bitişik hissəsində park edilmiş humanitar karvanı gəzmiş, humanitar yük partiyasına daxil olan malların növləri ilə tanış olmuşlar.