Dağlıq Qarabağ Prezidenti Arayik Harutyunyan oturaq aksiyanı dayandırır. Bu barədə o, “Facebook” səhifəsində açıqlama verib.
“Nəzərə alsaq ki, mənim oturaq aksiyam, kütləvi hərəkat və bütün digər səylər artıq beynəlxalq diqqəti cəlb etmək və əməli fəaliyyətə təkan vermək üçün müəyyən nəticələr verib, mən oturaq aksiyanı dayandırmaq və fövqəladə iş rejimində səylərimi davam etdirmək qərarına gəldim. Eyni zamanda, xalq hərəkatı çərçivəsində soydaşlarımızın oturaq aksiyaları və digər aksiyaları davam edir və onlarla mütəmadi görüşlər keçirəcəm, edəcəklərimizi birgə müzakirə edəcəyik”,- deyə Harutyunyan qeyd edib.
O vurğulayıb ki, Laçın dəhlizinin açılması üçün təzyiq həm siyasi, həm humanitar, həm də başqa vasitələrdən istifadə edilməklə artırılmalıdır, Artsax hakimiyyəti hadisələrin gedişatına uyğun olaraq onları tətbiq etmək üçün bütün mümkün ssenariləri və addımları müzakirə edir.