Zəruri olan qida məhsullarla və mallarla 19 yük maşını tezlikə Kornidzor şəhərinə gedəcək, oradan Rusiya sülhməramlılarının müşayiəti ilə Dağlıq Qarabağ sakinlərinə humanitar yardımın daşınması nəzərdə tutulur.
Yükün çatdırılması ilə əlaqədar Rusiya Federasiyasının sülhməramlı qüvvələri ilə əlaqə yaradılıb. Bu barədə Dağlıq Qarabağdakı humanitar böhranın idarə olunması üzrə işçi qrupunun nümayəndəsi Vardan Sargsyan mətbuat konfransı zamanı bildirib.
“Hazırda əsas məqsədimiz əsas yükümüzü həmin yerə çatdırmaqdır”, - deyə Vardan Sargsyan qeyd edərək bilirib ki, 19 yük maşınında əsasən un, yağ, uşaq qidası, makaron və zəruri olan qida məhsullarıdır.