ABŞ müxalifətçi Qubad İbadoğlunun Azərbaycanda həbsini diqqətlə izləyir. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bildirib.
“Birləşmiş Ştatlar insan hüquqlarına və əsas azadlıqlara hörmətin təşviqinə sadiq qalır. Biz Azərbaycanı ölkə Konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun olaraq öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun insan hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq”, - deyə Miller bildirib.