Tasnim-in rayon prokurorluğuna istinadən verdiyi məlumata görə, bazar günü İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində terrorçu qruplaşmanın silahlı hücumu nəticəsində dörd yol polisi əməkdaşı həlak olub.
İranın təhlükəsizlik qüvvələri cinayətkarları axtarır. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Sistan və Bəlucistan İranın 31 vilayətindən biridir, ölkənin cənub-şərqində, Əfqanıstan və Pakistanla həmsərhəddir.