Pakistan və Azərbaycan arasında neft sənayesində əməkdaşlıq sazişi imzalanacaq.
Pakistan mətbuatı xəbər verir ki, bu gün Lahorda baş tutacaq imzalanma mərasimində Pakistanın baş naziri Şahbaz Şərif də iştirak edəcək.
Bildirilib ki, Pakistan baş naziri mərasimdə çıxış da edəcək.