Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avstriyaya səfəri çərçivəsində Ermənistanın diplomatik missiyalarının rəhbərləri ilə görüşüb. Bu barədə ER Xarici İşlər Nazirliyi özünün “Twitter” səhifəsində məlumat yayıb.
“Xarici işlər nazirinin Avstriyaya səfəri zamanı ER diplomatik nümayəndələrinin görüşü baş tutub. Mövcud problemlər müzakirə edilib, danışıqlar prosesinin təfərrüatları təqdim olunub”, - deyə məlumatda bildirilir.
Vurğulanır ki, Ermənistan tərəfi bir daha Dağlıq Qarabağda Laçın dəhlizinin qanunsuz blokadası nəticəsində yaranmış humanitar böhranın həlli üçün təcili beynəlxalq səylərin göstərilməsinə çağırıb.