Bu gün Brüsseldə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrelin sədrliyi ilə Avropa İttifaqının Xarici Əlaqələr Şurasının iclası keçiriləcək.
Digər beynəlxalq məsələlərlə yanaşı, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yönəlmiş səylərin və bu məsələdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin gördüyü işlərin qısa müzakirəsi planlaşdırılır.