Delimitasiya məsələləri üzrə komissiyaların dördüncü iclasında hər hansı xəritə ilə bağlı qərar qəbul edilməyib. Bu barədə “Lurer”ə baş nazirin müavini Mher Qriqoryanın ofisi məlumat verib və qeyd edib ki, növbəti görüşün vaxtı ilə bağlı razılıq əldə olunmayıb.
Xatırladaq ki, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin sədrliyi ilə sonuncu görüş iyulun 12-də Tavuş bölgəsi və Qazax rayonu hissəsində baş tutub.