ABŞ-a işgüzar səfəri çərçivəsində iyulun 18-də ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, general-leytenant Edvard Asryan ABŞ-ın SQ Birləşmiş Qərargah Rəislərinin sədr müavini, admiral Kristofer Qredi və ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi, general Çarlz Braun ilə görüşüb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşlərdə Ermənistan-Amerika müdafiə tərəfdaşlığının cari prosesi, qarşıda duran proqramlar, birgə tədbirlərin keçirilməsi, o cümlədən hərbi hava qüvvələri sahəsində daha geniş əməkdaşlıq imkanları və regional təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə edilib.