Azərbaycan Müdafiə Nazirliyi dezinformasiya yaymaqda davam edir. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“İyulun 19-da saat 00:40-dan 01:40-dək Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələri tərəfindən sərhədyanı zonanın şərq və cənub-qərb hissələrində yerləşən Azərbaycan mövqeləri istiqamətində atəş açması barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumat reallığa uyğun gəlmir”, - deyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.