Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın Bakıya yeni təyin olunmuş səfiri Mixail Yevdokimovu qəbul edib.
Tərəflər 44 günlük müharibədən sonra regiondakı vəziyyət, Ermənistan-Azərbaycan sülh prosesi və ikitərəfli maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bayramov qeyd edib ki, guya Laçın dəhlizinin bağlanması nəticəsində yaranan humanitar böhranla bağlı iddialar reallığı təhrif edir.