İyulun 17-18-də ABŞ-da işgüzar səfərdə olan ER Silahlı Qüvvələri Baş Qərargahının rəisi, müdafiə nazirinin birinci müavini, general-leytenant Edvard Asryan ABŞ Milli Qvardiyasının Ştat əməkdaşlıq Proqramının 30 illik yubileyinə həsr olunmuş konfransda iştirak etmişdir.
ER Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbir zamanı ABŞ Milli Qvardiya Bürosunun rəisi, general Daniel Hokanson, ABŞ-ın Avropa Komandanlığının strategiya, planlaşdırma və siyasət direktoru, general-mayor Daniel Lasika və Kanzas ştatının general-adyutantı, Milli Qvardiyanın komandanı, briqada generalı Maykl Venerdi ilə görüşlər keçirilib.
Görüşlərdə ştat tərəfdaşlığı çərçivəsində Ermənistan-Kanzas əməkdaşlığının hazırkı səviyyəsi və inkişaf perspektivləri, ABŞ ilə ikitərəfli əməkdaşlığa dair bir sıra məsələlər müzakirə olunub.