"Rusiya Prezidenti Vladimir Putinlə "Taxıl sazişi"nin uzadılmasını yenidən müzakirə edəcəyik. Putinin "Taxıl sazişi"nin uzadılmasını istədiyini bilirəm". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələrinə səfəri zamanı bildirib.
Onun sözlərinə görə, Rusiya və Türkiyə XİN rəhbərləri də bu məsələ ətrafında danışacaqlar.
Ərdoğan həmçinin taxıl dəhlizinin açılması üçün Putinlə avqustdan əvvəl görüşəcəyini söyləyib.