İyulun 17-də ER Parlamentinin sədr müavini Ruben Rubinyan Almaniya Federativ Respublikasının (AFR) Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə siyasi direktoru Matias Lütenberqi qəbul edib. Görüşdə Almaniya-Ermənistan dostluq qrupunun rəhbəri Vladimir Vardanyan və AFR-nin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Rixter də iştirak ediblər. Bu barədə Parlament məlumat yayıb.
Ruben Rubinyan qonağı parlamentdə salamlayaraq Cənubi Qafqazda mövcud təhlükəsizlik vəziyyətini və Ermənistanın sülhün bərqərar olması istiqamətində göstərdiyi səyləri təqdim edib.
Parlamentin sədr müavini Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində Dağlıq Qarabağda yaradılmış təhlükəsizlik və humanitar problemlərə toxunaraq, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin məcburi gücə malik olan qərarları ilə yaradılmış Laçın dəhlizinin açılmasının vacibliyini vurğulayıb.
Parlamentin sədr müavini Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini də təqdim edib.
Görüşdə tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini də müzakirə ediblər.