Cari il iyulun 12-də Avropa İnsan Hüquqları Məhkəməsi ER hökumətinin Laçın dəhlizinin açılması ilə bağlı Azərbaycana qarşı müvəqqəti tədbirlərin tətbiq edilməsi barədə müraciətini araşdıraraq, 21 dekabr 2022-ci il tarixli qərarını bir daha təsdiqləmək qərarına gəlib.
Qərara əsasən, Ermənistanda tibbi yardıma ehtiyacı olan ağır xəstələrin Laçın dəhlizi ilə gediş-gəlişinin, habelə yolda qalan və ehtiyacı olan şəxslərin təhlükəsiz gediş-gəlişinin təmin olunması üçün Azərbaycan bütün lazımi və kifayət qədər tədbirləri görməyə məcbur olunmalıdır.
Avropa İnsan Hüquqları Məhkəməsi bu qərarla faktiki olaraq mövcud vəziyyətdə 21 dekabr 2022-ci il tarixli qərarının icrasının zəruriliyini bir daha təsdiqlədi və Azərbaycan onu həyata keçirməlidir.