Artsax Müdafiə Ordusu bidlirdi ki, Azərbaycan tərəfi növbəti dəfə dezinformasiya yayıb. Bəyanatda qeyd olunur ki, Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb guya ki, iyulun 13-də saat 11:54-dən 12:07-dək Zangilan-Fizuli və saat 13:02-dən 13:17-dək Fizuli-Bakı marşrutları üzrə uçuş yerinə yetirən təyyarənin GPS peyk naviqasiya sistemində fasilə yaranmışdır.
“Qeyd olunan marşrutlar üzrə uçan təyyarələrin təmas xəttini keçməsinə ehtiyac yoxdur, ona görə də onlar Müdafiə Ordusunun radio təzyiq vasitələrinin təsiri altında ola bilməzlər.
2020-ci ildə hərbi əməliyyatlar zamanı və ondan sonra məhz Azərbaycan tərəfi ardıcıl olaraq Artsax Respublikasının mülki infrastrukturunu hədəfə alır, Laçin dəhlizini bağlayır, qaz və elektrik təchizatı xətlərini kəsir, internet və mobil rabitəyə çıxışı əngəlləyir”.