Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makrona Milli bayram münasibətilə təbrik məktubu göndərib. Qeyd olunub ki, Ermənistan iki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirir.
“Milli bayramınız münasibətilə Sizi və qardaş Fransa xalqını erməni xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
İki əsrdən çox əvvəl, 1789-cu il iyulun 14-də azadlıq, bərabərlik və qardaşlıq dəyərlərinin aliliyi kimi yüksək ideyalar ətrafında birləşən fransızlar xalq iradəsinin qələbəsini dünya tarixinin səhifələrinə yazdırdılar. Fürsətdən istifadə edərək, Müqavimət Hərəkatının qəhrəmanı Misak Manuşyanın cəsədini Panteona köçürülməsi ilə bağlı tarixi qərarınıza görə minnətdarlığımı bildirirəm.
Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həlli prosesində göstərdiyiniz əhəmiyyətli və davamlı səylərə və Ermənistanın üzləşdiyi təhlükəsizlik problemlərinin həllində göstərdiyiniz mühüm dəstəyə görə minnətdarıq. Biz Fransanın Dağlıq Qarabağın tarixi-mədəni irsinin qorunmasında göstərdiyi diqqəti və səyləri xüsusilə yüksək qiymətləndiririk”.