ER TŞ katibi Armen Qriqoryan ABŞ-a işgüzar səfəri çərçivəsində USAID-in meneceri Samanta Pauer ilə görüşüb.
“A. Qriqoryan və S. Pauer agentliyin Ermənistanda həyata keçirdiyi proqramların tərəqqisi və genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıb, bu kontekstdə demokratiya və korrupsiyaya qarşı mübarizə çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.
TŞ katibi, həmçinin Laçın dəhlizinin bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhranın nəticələrini təqdim edib.